Demokratik TV
Xəbər lenti
Əmək pensiyalarına xərclər dəfələrlə artıb
- 23 iyun 2017, 14:55
"Ötən 11 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla, 20 sərəncam imzalanıb”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. O deyib ki, qeyd olunan dövrdə əmək pensiyaları üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb.
Həmçinin, əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artmasına, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbətinin, yəni əvəzetmə əmsalının 28 faizdən 43 faizə yüksəlməsinə nail olunub.
Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi üzrə inteqrə olunmuş göstərici 116 faiz təşkil edib.
Nazir deyib ki, bu gün ölkə əhalisinin 13,4 faizi, yəni 1 milyon 316 min nəfər əmək pensiyası ilə təmin edilib: "Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində növbəti islahatlar aparılıb. Bununla əlaqədar pensiya qanunvericiliyində edilmiş və növbəti ayın 1-dən qüvvəyə minəcək dəyişikliklər ölkəmizdə həmin sistemin daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasına, dünyanın qabaqcıl təcrübəsi əsas götürülərək pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Yeni pensiya yaşımız mübarək!: YAŞ HƏDDİ 65 OLDU
Əmək pensiyalarının baza hissəsi artırıldı
Əmək haqları və təqaüdlər artırıldı - SƏRƏNCAM
Pensiya ilə bağlı yeni strategiya hazırlanır
İlham Əliyev sosial müavinətləri artırdı
Pensiya sistemindəki dəyişikliklərin İZAHI
Orta aylıq əmək haqqımız nə qədərdir?
Maaş və pensiya alan şəxslərə şad xəbər
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti