İki ədəd manqo - 3.7 min dollara

  • 14 apr 2017, 09:46
Yaponiyada iki ədəd manqo auksionda rekord qiymətə -3.7 min dollara satılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "TASS” agentliyi məlumat yayıb.

Auksion ölkənin cənubunda yerləşən Miyadzaki şəhərində keçirilib. Təklif olunan hər bir manqonun çəkisi minimum 350 qram olub. Meyvənin özəlliyi onun yetişdirilmə tərzində və vitaminlərinin bolluğundadır.

Sözügedən meyvələri Fukuoka şəhərindəki univermaq sahiblərindən biri alıb. O, bununla alıcıların diqqətini cəlb etməyə düşünür.
Oxşar xəbərlər