Sneyderin anası oğlu üçün narahatdır

  • 03 yan 2017, 16:37

"Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyderin anası Slviya Sneyder ölkəsinin mətbuatına açıqlama verib.

Hollandiyanın "RTL Nieuws” kanalına danışan ana Sneyder Türkiyədə soz zamanlar tez-tez baş verən terror olaylarından bəhs edib.

O, oğlunun İstanbuldan ayrılması üçün hər gün dua etdiyini bildirib:

"Oğlum və ailəsi yeni ili Türkiyədən kənarda qarşılayırdı. Əgər orda olsaydılar...Təsəvvür edə bilmirəm ki, necə olardı. Hər gün yeni bir partlayış olmaması üçün dua edirəm. Uesli futbol oynamaq üçün yenə İstanbula gedəcək. Ancaq hər gün oradan ayrılması üçün dua edirəm”. 

 

Qeyd edək ki, Sneyderin "Qalatasaray”la 2018-ci ilin yayına qədər müqaviləsi var. Yarımmüdafiəçi verdiyi açıqlamalarda "cim-bom”dan ayrılmaq niyyətinin olmadığını vurğulayır./qafqazinfo.az/

Oxşar xəbərlər