“Neftçi”dən biabırçı müraciət

  • 29 noy 2016, 07:56
"Neftçi” Topaz Premyer Liqanın 13-cü turunun "Kəpəz”ə qarşı Gəncədə keçirilən oyununda klubun nümayəndələrinin tribunadan qovulması ilə bağlı bəyanat yayıb.

Qol.az-ın xəbərinə görə, sənəddə Gəncə klubu çempionatın əsasnaməsinin şərtlərini pozmaqda günahlandırılıb.

İşin ən maraqlı tərəfi isə hələ oyundan bir neçə gün öncə, noyabrın 24-də "Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadənin imzası ilə "Kəpəz”ə edilən müraciət olub. Bu müraciətdə Gəncə klubundan komandanın məşqi üçün şərait yaradılması, klub rəsmilərinə "Sky box” və VİP sektorlarda yer ayrılması xahiş edilib. 

Qəribədir ki, bütün bu müraciətlər hələ bu ilin sentyabrında "Kəpəz”dən uzaqlaşdırılan icraçı direktor Mehman Allahverdiyevin adına ünvanlanıb. "Kəpəz" "Neftçi"nin bu müraciətinə cavab verib. Amma təbii ki, eks icraçı direktor yox, hazırkı icraçı direktor (Cabir İbrahimov) səviyyəsində. Təəccüblüdür ki, hətta bundan sonra da "Neftçi"də "Kəpəz"in icraçı direktorunun Mehman Allahverdiyev olmadığı kimsənin ağlına gəlməyib.

Bu da 80 illik tarixi olan klubumuzun idarəetmə sistemi.

Kef edin!


"Neftçi"nin müraciəti

 

Oxşar xəbərlər