Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə
Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Midlsbro" üzərində
1:0 hesabı ilə qələbə qazanıb.
Bu qələbə "zadəganlar”ın çempionat cədvəlində birinci
pilləyə qalxmasına imkan verib.
Matçda yeganə qolu "londonlular”ın ispan hücumçusu
Diyeqo Kosta (41-ci dəqiqə) vurub.
Hazırda "Çelsi"nin
hesabında 12 oyuna 28 xal var. "Londonlular” çempionatın ardıcıl altıncı
oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci
mövqedə qərarlaşıb.
Növbəti turda
"Çelsi" öz meydanında çempionat liderindən 4 xal geri qalan
"Tottenhem"i qəbul edəcək.