Ronaldonun maaşı artdı

  • 08 noy 2016, 19:49
"Real”ın hücumçusu Kriştiano Ronaldonun yeni müqaviləsindəki maddi şərtlər bəlli olub.

Qol.az-ın "Correio da Manha”ya istinadən yaydığı xəbərə görə, dünən imzalanan müqavilənin şərtlərinə əsasən, portuqaliyalı futbolçu vergiləri çıxmaqla ilinə 23,6 milyon avro qazanacaq. Beləliklə, əgər Ronaldo müqavilənin başa çatdığı müddətə qədər "Real”da oynasa, təkəı bu müqaviləyə görə, 118 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, Ronaldo klubla müqaviləni 2021-ci ilin iyunun 30-na qədər uzadıb.

Qeyri-rəsmi məlumata əsasən, o, indiyədək "Real”da mükafatlar istisna olmaqla illik 21 milyon avro qazanıb.
Oxşar xəbərlər