Hacı Əliyev bürünc medal qazandı

  • 20 avq 2016, 09:56
Rio olimpiadasında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (75 kq) mübarizəyə qoşulub.

57 kq

Yarışa 1/8 finalda başlayan dünya çempionu Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Cunsk Yun olub. İdmançımız bu mərhələdə inamlı qələbə qazanıb - 12:2.

Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Bu dəfə idmançımız rəqibinə uduzub - 3:4. Vladimir Xinçeqaşvili finala qədər yüksəldiyi, H. Əliyev bürünc üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımızı bürünc medaldan cəmi bir qələbə ayırır.

75 kq

Cəbrayıl Həsənovun da ilk görüşü 1/8 finalda olub. O, bu mərhələdə  kolumbiyalı Karlos Arturo İzquerdo ilə üz-üzə gəlib və rəqibi üzərində asan qələbə qazanıb - 10:0. Güləşçimiz 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə  qarşılaşacaq. Bu dəfə də inamlı qələbə qazanan (11:0) Cəbrayıl yarımfinala yüksəlib .O, yarımfinalda Aniuar Qeduyevlə (Rusiya) güləşib. Bu görüşdə C.Həsənov 4:5 hesabı ilə uduzub.

Məğlubiyyətə baxmayaraq, idmançımız bürünc medal uğrunda güləşəcək.
Oxşar xəbərlər