Cüdoçumuz 1/4 finalda-Rio-2016

  • 10 avq 2016, 20:32
Rio Olimpiadasında cüdo yarışları davam edir.

Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bu gün ilk görüşünə çıxıb.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda rusiyalı Denis Kirillə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.
 
M.Mehdiyev 1/4 finalda koreyalı Donqan Qvak ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib. 
 
M.Mehdiyev mübarizəsini təsəlliverici döyüşlərdə davam etdirəcək.
Oxşar xəbərlər