"Qarabağ" səfərdə "Viktoriya" ilə heç-heçə 0:0

  • 27 iyul 2016, 09:18
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. 

Qol.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb. 

Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olub. Ardıcıl üçüncü dəfə ÇL-in III təsnifat mərhələsində oynayan və  "pley-off"a vəsiqə qazanmağa çalışan Ağdam klubu səfərdən sərfəli nəticə ilə ayrılıb. Gərgin mübarizə şəraitində keçən oyun 0:0 hesablı bərabərlik başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək. Əgər "Qarabağ" minimal hesablı qələbə qazansa, növbəti mərhələyə adlayacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər