Şimali irlandiyalı azarkeş Fransada öldü

  • 13 iyun 2016, 15:50
Fransada keçirilən Avropa çempionatında ilk dəfə iştirak edən Şimali İrlandiya millisinin azarkeşi Nitse şəhərində ölüb. Modern.az xarici mediaya istinadən bildirir ki, 24 yaşlı kişi şəhərin kənarında 8 metrlik hündürlükdən yıxılıb.

O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər. Azarkeşin spirtli içki təsiri altında olduğu bildirilib. İnsident qrup mərhələsinin ilk turunda Şimali İrlandiya ilə Polşa arasında keçirilən oyundan sonra baş verib. Bu oyunda Polşa 1:0 hesabı ilə qalib gəlib.

Şimali İrlandiya millisinin futbolçuları azarkeşin faciəli ölümü ilə bağlı başsağlığı veriblər.
Oxşar xəbərlər