"Barsa" Neymarla müqaviləni yeniləyir

  • 18 may 2016, 20:49
"Barselona" futbolçusu Neymarla yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi braziliyalı hücumçu ilə müqavilənin müddətni 2021-ci ilə qədər uzadacaq.

"Barsa"nın İspaniya kubokunun finalında "Sevilya" ilə oyundan sonra Neymarla müqavilə imzaladığını rəsmən elan edəcəyi gözlənilir. Qeyd edək ki, Neymarın hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.
 
Demokratik.Az
Oxşar xəbərlər