İbrahimoviç zədələndi

  • 12 may 2016, 19:04
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Fransa Liqasının 35-ci turunun təxirə salınan "Bordo" ilə oyununda zədələnib.

Qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə hesabı açan isveçli forvard 71-ci dəqiqədə əvəzlənib.

34 yaşlı futbolçunun durumu haqda danışan PSJ-nin baş məşqçisi Loran Blan bunları deyib: "İbrahimoviç ayağında ağrı hiss etdi. Bu onu narahat etsə də, oynamaq istəyirdi. Lakin İbrahimoviçin "Avro-2016"da İsveç millisi üçün önəmini nəzərə alaraq onu riskə atmadıq".

Qeyd edək ki, "Bordo" - PSJ oyunu 1:1 hesabı ilə başa çatıb.