Boksçumuz ermənini məğlub etdi

  • 15 apr 2016, 21:49
Türkiyənin Samsun şəhərində davam edən Rio Olimpiya Oyunlarına lisenziya xarakterli boks turnirində Azərbaycan idmançılarının uğurlu çıxışı davam edir.
 
Publika.az xəbər verir ki, 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionumuz Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşıb. Rəqibini tam üstünlüklə, 30:25 hesabı ilə məğlub edən Çələbiyev finala yüksəlməklə yanaşı, Braziliyanın Rio de Janeiro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.
 
Görüşdən sonra açıqlama verən dünya çempionumuz erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib: "Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq”.
Oxşar xəbərlər