"Qalatasaray"dan azərbaycana dəstək

  • 09 apr 2016, 18:57
Ermənistandan işğal olunmuş əraziləri tərk etməsini tələb edən petisiyaya İstanbulun «Qalatasaray» futbol klubundan da dəstək gəlib.

Bu haqda klubun rəsmi "Facebook" səhifəsində bildirilir.

««Qalatasaray» ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imzanı da biz atırıq», – deyə səhifədə vurğulanır.

Petisiyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan işğal edilən əraziləri boşaltmasını tələb edir. Petisiyada həmçinin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müsbət rol oynaya bilmədiyi qeyd edilir.

«Qalatasaray» klubunun Azərbaycanda da çoxsaylı azarkeşi var.