"Real"Ronaldonu itirir

  • 31 mart 2016, 21:07
"Real"ın hücumçusu Kriştiano Ronaldo Madriddəki iki evini satışa çıxarıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu portuqaliyalı futbolçunun mövsümün sonunda "Real"dan ayrılacağı iddialarını daha da gücləndirib.

İspaniyada üç lüks evi olan Ronaldo onlardan ikisini biri 5, digəri 2 milyon avro olmaqla satışa qoyub. "Kral klubu"nda xoşbəxt olmadığı bildirilən Ronaldonun mövvsümün sonunda komandadan ayrılacağı istisna edilmir. Onunla sabiq komandası "Mançester Yunayted" və PSJ klubları yaxından maraqlanır.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a transfer olunub.
Oxşar xəbərlər