Arda Turan cəza aldı

  • 24 mart 2016, 21:53
"Barselona"nın yarımmüdafiəçisi Arda Turan cəzalanıb. 

Buna türkiyəli futbolçunun klubun məşqlərinə gec gəlməsi səbəb olub.

"Barselona"da qaydalara görə futbolçular məşqdən bir saat, oyunlardan isə saat yarım öncə stadionda olmalıdır. Lakin gecikən futbolçulara müəyyən məbləğdə pul cəzaları kəsilir.

Cari mövsüm ən çox cəza alan futbolçuların siyahısına müdafiəçi Jerar Pike başçılıq edir. Arda Turan isə ilk "dördlük"də qərarlaşıb. Messi, İniyesta, Buskets və Maskerano isə cari mövsüm bütün məşqlərə və oyunlara vaxtında gəlməklə heç bir cəzaya məruz qalmayıblar.

Qeyd edək ki, futbolçuların cəza olaraq ödədiyi pullar xeyriyyə işlərinə sərf edilir. 

qol.az
Oxşar xəbərlər