Nazirlərimiz futbol oynadı - FOTOLAR

  • 06 mart 2016, 23:07



Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dostluq şəraitində keçən gərgin idman mübarizəsində Azərbaycan komandası 7:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, nazirlərimiz sırasında iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olub.

qafqazinfo.az
Oxşar xəbərlər