Messi Argentinada oynamaq istəyir

  • 04 mart 2016, 19:35
"Barselona"nın futbolçusu Lionel Messi gələcək karyerası haqda danışıb.

"El Grafico"ya danışan argentinalı futbolçu gələcəkdə qısa müddətə də olsa, ölkəsində forma geyinmək istədiyini bildirib:

"Səhhətim imkan verəcəyi təqdirdə futbol oynamağa davam edəcəm. Zamanı gəldikdə karyeramı başa vuracam. Ona qədər qısa müddət də olsa, Argentinada forma geyinmək istəyirəm. Nə zaman olacağını bilmirəm, ancaq bunu çox arzulayıram".

Qeyd edək ki, Argentinada "Newells Old Boys" klunun gənc komandasında çıxış edən Messi daha sonra "Barselona"ya transfer olaraq karyerasını burada davam etdirir.

qol.az
Oxşar xəbərlər