Ronaldo: "Sözlərim təhrif olunub"

  • 01 mart 2016, 20:25
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo La Liqada "Atletiko" ilə görüşdən (0:1) sonra sözlərinin təhrif edildiyini bildirib.

Portuqaliyalı futbolçu özünün ən yaxşı futbolçu olmadığını deyib:

"Atletiko"dan oyundan sonra ən yaxşı olduğumu deməmişəm. Sözlərim təhrif edilib. Sadəcə, fiziki hazırlıq və zədələr haqda danışmışam. Bizdə xeyli zədəli futbolçular var. Bu da komandanın oyununa təsir edib. Ancaq özümü digərlərindən üstün saymıram".

qol.az
Oxşar xəbərlər