Dodo Braziliya mətbuatına “Qəbələ”dən danışdı

  • 27 yan 2016, 21:14

"Hazırda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"dan 10 xal geri qalırıq. Lakin qarşıda çempionatın çoxlu oyunu var".

 

Bunu Braziliya mətbuatına açıqlamasında "Qəbələ"nin futbolçusu Luis Hilario Dodo deyib.

 

Kapitan mövsümün ikinci yarısı ərəfəsində qalan oyunlara köklənməli olduqlarını bildirib: "Özümüzü toparlamağı bacarmalı və titul uğrunda mübarizə aparmalıyıq".

 

29 yaşlı yarımmüdafiəçi hələlik komandanın işlərinin qaydasında getdiyini vurğulayıb: "Biz Avropa Liqasında böyük iş gördük. Qrup mərhələsinə vəsiqə qazanaraq, tarix yazdıq. Bu nailiyyəti yenidən təkrarlamalı və mövsümü titulla başa vurmalıyıq".

 

Qeyd edək ki, "Qəbələ" növbəti matçını yanvarın 30-da Gəncədə "Kəpəz"ə qarşı keçirəcək.

Oxşar xəbərlər