İki futbolçu“Xəzər Lənkəran”dan qovuldu

  • 17 yan 2016, 18:09

"Xəzər Lənkəran” futbol klubu iki futbolçusunu komandadan qovub.

 

Yayılan xəbərlərə əsasən Demokratik.Az bildirir ki,Elvin Mirzəyev və Kazım Kazımlı klubun daxili nizam-intizam kodeksini kobud şəkildə pozduqları üçün komandadan uzaqlaşdırılıblar.

 

"Digər üç futbolçumuz Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Qeyd edirik ki, "Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir", -klubun məlumatında bildirilir.

Oxşar xəbərlər