“Qarabağ”ın jesti "top-15"də

  • 27 dek 2015, 11:45

Rusiyanın "Futbol” telekanalı ilin diqqət çəkən futbol məqamlarını "top-15"də toplayıb.

Azərtac xəbər verir ki, telekanalın ən maraqlı on beş videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan "İnter”-"Qarabağ” qarşılaşması da yer alıb.

Həmin oyunda "Qarabağ” komandasının mübahisəli penaltini bilərəkdən rəqib qapısına vurmaması "Futbol” telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.

Xatirladaq ki, on bir metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.

Demokratik.Az