Fatih Terim Ölkə.Az-a "Qarabağ" və "Qəbələ"dən danışdı — MÜSAHİBƏ

  • 27 noy 2015, 21:06

Bildiyiniz kimi bu axşam UEFA Avropa Liqasında V turun oyunlarına start veriləcək. Təmsilçilərimiz "Qarabağ” və "Qəbələ” klublarında növbəti oyularını keçirəcəklər. "Qəbələ” safərdə Yunanıstanın PAOK klunun qonağı olacaq, "Qarabağ” isə doğma azarkeşləri önündə İngiltərənin adlı-sanlı klublarından olan "Tottenhem”i qəbul edəcək.

Qardaş ölkə Türkiyə millisinin hazırki baş məşqçisi Fatih Terim"Qarabağ”ın şanslarını dəyərləndirib.

Ölkə.Az "İmparator”un müsahibəsini sizə təqdim edir:

- Salam Fatih hoca, biz sizi Azərbaycandan narahat edirik. Sizə bir neçə sualımız olacaq xahiş edirik suallara cavab verərdiniz.

- Salam, xoş gördük. Buyurun, istənilən suallarınızı verə bilərsiniz.

- Bildiyiniz kimi bu axşam Avropa Liqasında V turun oyunları keçiriləcək. Azərbaycanın iki klubu "Qarabağ” və "Qəbələ” növbəti oyunlarına çıxacaqlar. Bu barədə nə deyə bilərsiniz?

- Hər iki klubunuzun oyunlarını izləmişəm. "Qarabağ” artıq ikinci dəfədir ki, qrup mərhələsində iştirak edir. Və artıq özünü tanıtdıra bilib. "Qəbələ” bu il qrup mərhələsində çıxış etsə də rəqiblərinə çətinlik yaradıb. Səhv etmirəmsə bu "Qəbələ”nin Yunanıstana ikinci səfəri olacaq.

- Hansı klubun daha şanslı olduğunu hesab edirsiniz?

- Hesab edirəm ki, belə oyunlarda favorit komanda olmur. "Qarabağ” Londonda keçirilən ilk oyunda bunu sübut edib. Nəzərə alsaq ki, "Qarabağ”ın pley-offa yüksəlmək şansları hələ də var, "Tottenhem” üçün çox çətin olacaq. Üstəlik şənbə günü "Tottenhem” öz meydanında "Çelsi”ni qəbul edəcək. Məncə "Qarabağ” "Tottenhem”lə oyunda uduzmayacaq.

- "Qarabağ”da çıxış edən hansı futbolçuları tanıyırsınız və bəyənirsiniz?

- "Qarabağ”ın heyətində yaxşı futbolçular var, məsələn, Rəşad Sadıqov, Reynaldo, Almeyda kimi futbolçular komandaya hər zaman kömək edə bilərlər. Rəşad Türkiyə Superliqasında da oynayıb. Yanılmıramsa "Qarabağ”ın qrup mərhələsində vurulan bütün qolları Almeyda vurub.

- Hocam, ötən mövsüm "Qarabağ” "İnter” oyununu idarə edən çexiyalı hakim Zelinka bu axşam "Molde” – "Fenerbahçe” matçında fit çalacaq. Ötən il "Qarabağ”ın qələbə topunu saymayaraq haqqını tapdalayan Zelinkanın bu dəfə nə ilə yadda qalacağını düşünürsünüz?

- Xəbərim var. Hakimin bu qərarı böyük səs küyə səbəb olmuşdu. İnşallah bizim matçda belə səhvə yol verməz. (gülür)

- Sonda isə sizə minətdarlığımızı bildiririk və qardaş ölkə Türkiyənin hər iki təmsilçisinə uğurlar arzulayırıq.

- Çox sağ olun. Sizi əmin edirəm ki, sabah bütün türk futbolsevərlərinin qəlbi "Qarabağ”la döyünəcək.

Emil Vəliyev