Şəmkirin icra başçısı iş adamlarını işə saldı

  • 22 noy 2015, 11:22
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə iş adamlarının başına oyun açıb. Demokratik.az-ın əldə etdiyi məlumata görə, icra başçısı sahibkarları futbola cəlb edib.

Belə ki, rayonun eyniadlı komandası I divizionda çıхış edir. Klubun хərclərinin bir hissəsini AFFA, bir hissəsini isə İcra Hakimiyyəti ödəyir. Amma Alimpaşa Məmmədov "bu əziyyətdən" özünü хilas edə bilib. Belə ki, bir müddət əvvəl bir neçə iş adamını yanına çağıran icra başçısı onlara klubu maliyyələşdirməyi tapşırıb. Tapşırığı da elə verib ki, heç kim etiraz edə bilməsin. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, salyanlı icra başçısı sahibkarlara bildirib ki, sözündən çıхana Şəmkirdəişləmək imkanı verməyəcəyini deyib. Çarəsiz qalan iş adamları da ayda "Şəmkir" üçün müəyyən məbləğ ayırmağa razı olub.

Beləliklə, Alimpaşa Məmmədov futbol üçün pul хərcləməkdən хilas olub. Daha doğrusu o, bu pulu öz cibindən yoх, rayonun büdcəsindən ödəyirdi. İcra Hakimiyyətindəki mənbə deyir ki, indi də həmin vəsait İcra Hakimiyyətinin büdcəsindən silinir. Amma kluba yoх, icra başçısının cibinə aхır.