Azərbaycan-Moldova oyununun biletləri artıq satışda

  • 15 noy 2015, 11:39
Noyabrın 17-də Bakıda Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AFFA-nın verdiyi məlumata görə, bu gündən etibarən oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda da bilet satışı başlayıb.

Biletləri, həmçinin 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və "Bakcell Arena”nın kassalarından, eləcə də www.tickets.affa.az ünvanından əldə etmək olar.

VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.