Almaniya millimizə 2 qol vurdu

  • 13 noy 2015, 23:15
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "AVRO-2017"nin seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Piasport.az xəbər verir ki, millimizin rəqibi Almaniya olub.

 

Qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da baş tutub. 4 qolun vurulduğu oyunda hesabı 30-cu dəqiqədə Məqsəd İsayev açıb. Almaniya 7 dəqiqə sonra Timo Vernerlə bərabərliyi təmin edib. 43-cü dəqiqədə Maksimilian Arnold almanları hesabda önə keçirib. 63-cü dəqiqədə dublunu rəsmiləşdirən Timo Verner son nöqtəni qoyub. Beləliklə, Almaniya millimizi 3:1 hesabı ilə yenib. 

Qeyd edək ki, Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 6 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb. 

Onu da qeyd edək ki, millimiz ilk oyunda almanlara 0:3 hesabı ilə uduzub.

AVRO-2017
Seçmə mərhələ
7-ci qrup

13 noyabr
Almaniya - Azərbaycan 3:1
Qollar: Timo Verner, 37; 63. Maksimilian Arnold, 43 - Məqsəd İsayev, 30.
Almaniya: 12. Timon Vellenroyter, 2. Ceremi Toljan, 3. Mitxell Veyser, 5. Niklas Süle, 7. Maks Meyer, 8. Leon Qoretska (k), 15. Timo Verner, 16. Kevin Akpoquma, 17. Coşua Kimmix (18. Yanik Haberer, 85), 21. Maksimilian Arnold (10. Mark Stendera, 70), 22. Serce Qnabri (11. Yulian Brandt, 46).
Ehtiyat oyunçular: 23. Yannik Hut, 4. Conatan Ta, 6. Yulian Vayql, 9. Devi Zelke.
Baş məşqçi: Horst Hrubeş.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. Taşkın İlter, 8. Elşən Abdullayev (17. Abbas Hüseynov, 76), 11. Kərəm Benke (9. Fəhmin Muradbəyli, 67), 16. Elvin Camalov, 19. Məqsəd İsayev (23. Budaq Nəsirov, 81), 20. Azər Salahlı (k).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 18. Fuad Bayramov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Sarı vərəqələr: Vüqar Mustafayev, 5. Adil Nağıyev, 33.
Hakimlər: Svetan Krastev, İvan Valçev, Krum Stoylov, Stanislav Todorov (Bolqarıstan).
UEFA nümayəndəsi: Qudmundur Petursson (İslandiya).
Hakim-inspektor: John Ferry (Şimali İrlandiya).
Reqensburq. "Kontinental Arena".

1

Almaniya

4

4

0

0

16-1

12

2

Avstriya

4

4

0

0

15-3

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Rusiya

3

1

0

2

5-6

3

5

Azərbaycan

6

1

0

5

2-16

3

6

Farer adaları

4

0

0

4

0-12

0