“Ağ canavar” ermənini udaraq dünya çempionu oldu

  • 09 noy 2015, 14:58
İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA  versiyası üzrə dünya çempionatı başa çatıb. 

Yarışlarda, 19 qat dünya çempionu, 6 qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi olan Azərbaycan kikboksçusu, "Ağ canavar" ləqəbli Eduard Məmmədov finalda Ermənistan təmsilçisi Aşot Xaçaturyanı məğlub edərək dünya çempionu tituluna yiyələnib.