"Qəbələ" 0-2 "Borussiya": hesab açıldı

  • 22 okt 2015, 19:43

 

Bu gün Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ" Almaniya nəhəngi "Borussiya Dortmund"la görüşür.

 

Demokratik.Az xəbər verir ki, qrup mərhələsində ikinci ev oyununu keçirən təmsilçimiz 1/16 final şanslarını çətinə salmamaq üçün mütləq bu görüşdə məğlub olmamalıdır.
 
Komandaların heyətləri aşağıdakı kimidir:

 

"Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç,  Vitali Vernidub,  Arif Daşdəmirov, Rikardinyo, Aleksey Qay, Sergey Zenyov,  Meza Kolli , Fakunda Pereyra, Dodo (k), Aleksey Antonov

 

Ehtiyat oyunçular:  Pietrzkieviç, Urfan Abbasov, Ermin Zets, Rəşad Sadiqov, Elvin Camalov, Samir Zərgərov, Məhəmməd Mirzəbəyov

 

"Borussiya": Vaydenfeller, Park, Hummels (k), Papastathopulos, Qinter, Vayql, Yonas Hofmann, İlkay Gündoğan, Roys, Kagava, Obameyanq

 

Ehtiyat oyunçular: Bürki, Pişçek, Şmelzer, Bender, Yanuzay, Kastro, Ramos

 

20:30

 

"Borussiya Dortmund" matçın 30-cu dəqiqəsində Obemeyanqın qolu ilə hesabda irəli keçdi: 0-1

 

20:38

 

Obemeyanq özünün və komandasının 2-ci qolunu "Qəbələ"nin qapısından keçirdi: 0-2