Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:32 - 24.05.2018  
Rəşad Sadiqov: “Futbolçular az hərəkət edirdilər”
Tarix: 15-10-2015, 13:16 | Bölmə: Xəbərlər » İdman

"Qəbələ” klubunun və yığmamızın yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
 
- AVRO-2016-nın seçmə mərhələsi başa çatdı. Yığmamızın qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Milli Robert Prosineçkinin rəhbərliyi altında pis nəticələr qazanmadı. O, yığmaya seçmə mərhələsinin ilk 4 oyunundan sonra təyinat aldı. Məncə, elə seçmə mərhələyə onunla başlasaydıq, xal ehtiyatımız və turnir cədvəlindəki mövqeyimiz daha yaxşı olardı. Düzdü, son 2 oyunda xal qazana bilmədik. Amma əvvəlki 4 matçda məğlub olmadıq. Bolqarıstanla qarşılaşmanı çıxmaq şərti ilə qalan oyunları yaxşı keçirdik. Son matçda isə zəif təsir bağışladıq. Ümumi götürdükdə, Prosineçkinin rəhbərliyi altında çıxışımız pis alınmadı.
 
- Son görüşdə meydana çıxmasanız da, yığanın düşərgəsində idiniz. Baş məşqçi də etiraf etdi ki, komandamız ən zəif oyununu keçirdi. Səbəbini izah edə bilərsiniz?
- İtaliya ilə oyundan sonra komanda özünə gələ bilmədi. Səbəbi müxtəlif ola bilər. Bu, daha çox yorğunluqla bağlıdı.
 
- Bəzən nəyisə çox istəyəndə özünü "yandırır”san. Bəlkə qələbə istəyinin həddən artıq çox olması futbolçularda müəyyən mənada təzyiq yaratdı?
- İnanmıram. Qələbə istəyi hər oyunda olmalıdı. Meydana çıxanda 3 xal üçün "yanmaq” lazımdı. Kənardan da gördük ki, futbolçular az hərəkət edirdi. Bu da yorğunluqdan irəli gəlirdi. İtaliya kimi komanda ilə qarşılaşmaq, meydançanın yumşaq olması təsirini göstərdi. İki gün ərzində növbəti oyuna tam hazır ola bilmədik.
 
- Seçmə mərhələyə uğursuz başlamağınızın səbəbi nədə idi? Prosineçki gələndən də həmin futbolçularla işləyir...
- Hər bir baş məşqçinin öz fəlsəfəsi, taktiki seçimi var. Berti Foqtsla Prosineçkinin tələbləri tamam fərqlidi.
 
- Bu seçmə mərhələnin analizləri növbəti rəsmi oyunlar üçün nələr vəd edir?
- Növbəti seçmə mərhələdə daha yaxşı oynamaq olar. Komandada özünəinam yaranıb. Bundan pis çıxış edəcəyimizə inanmıram. Dörd oyun uduzmamaq zəif göstərici deyil. Komandanın hazırkı durumu gələcəyə nikbin baxmağa əsas verir.
 
- Şənbə günü Premyer Liqada "Neftçi” ilə qarşılaşacaqsız. Bu oyunla bağlı nə düşünürsüz?
- Hələ komandaya qoşulmamışam. Ona görə də düşərgədəki vəziyyətdən xəbərim yoxdu. Bildiyim odur ki, komanda Qəbələdədi və ciddi hazırlaşır. "Neftçi” ciddi rəqibdi, var gücümüzlə oynayacağıq.
 
- "Neftçi” cari mövsümdə qeyri-sabit oyun və nəticələrlə yadda qalır. Bu "Qəbələ”yə əlavə üstünlük yaradırmı?
- Qeyri-sabit oynasalar da, bizi doğma meydanda qəbul edəcəklər. "Qəbələ” isə hələ iki cəbhədə mübarizə aparır. Avropa Liqası ilə çempionat oyunları fərqli olur. Bir azdan kubok oyunları da başlayacaq. Baş məşqçimiz komandanı oyunlara yaxşı kökləyir.
 
- İstər-istəməz müəyyən müddətdən sonra iki cəbhədən biri kölgədə qalır. "Qəbələ” hansına üstünlük verir və ya verəcək?
- Geniş heyətimiz var. 24-25 futbolçunun hər biri istənilən an əsas heyətdə meydana çıxacaq gücdədi. Ölkə kubokunun oyunları başladıqdan sonra həm burda, həm də çempionatda qalib olmaq üçün yarışacağıq. Avropa Liqasında da əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.
 
- "Neftçi” ilə oyundan sonra Dortmund "Borussiya”sı ilə qarşılaşacaqsınız. Ola bilərmi, almanlarla matçı düşünüb paytaxt təmsilçisi ilə görüşdə bir qədər gücünüzü qoruyasınız?
- Niyə ki? Çempionat oyunundan sonra avrokuboka köklənmək üçün 4-5 gün vaxtımız olacaq. "Borussiya” haqda "Neftçi”dən sonra düşünəcəyik.
 
- Çempionatdakı komandaların zəifləməsi məqsədinizə çatmaq baxımından "Qəbələ”nin işinə yarıyacaqmı?
- Elə deməzdim. Rəqabət olan yerdə işlər daha yaxşı gedir. Məqsədimizə çatmaq baxımından, bəlkə də hə, işimizə yarıyır. Amma "Qəbələ”nin heyəti də güclüdü. Çempionatın zəifləməsi sonra problemlər yaradır. Çünki avrokuboklarda bunun əziyyətini çəkirsən. Ona görə güclü çempionat bütün klublarımızın xeyrinədi.
 
- Avropa Liqasının qrupunda şanslarınız necədi?
- Bütün komandaların şansları var. Hər biri bir-birinə yaxındı. 1-2 xal fərqimiz var. Bir qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Qrupdan çıxmaq üçün mümkün qədər mübarizə aparacağıq.
Xəbər 1495 dəfə oxunub






Oxşar xəbərlər

DTX milyonları oğurlayan hakerləri saxladı
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Əkilməyən torpaqlar geri qaytarılır - XƏBƏRDARLIQ
Ermənistan hərbçisinin sıngərdə meyiti aşkarlanıb
Məktəblilər arasında bilik olimpiadası keçirilib
Şou-biznes əhlinin narkotik “sevgisi” - səbəb nədir...
Azərbaycanda ev tikmək qaydaları qəlizləşdi
“İNDİ ADAM BALASI KİMİ İŞLƏYİRLƏR..” - “Cavid Qurbanov
ƏFV SƏRƏNCAMINA GÜNLƏR QALDI
Bakı meri postunu bir qadın idarə edir
Əli İnsanov ƏFVlə azadlığa buraxıla bilər
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
MÜHARİBƏ ANONSU - DEPUTAT VƏ POLKOVNİK DANIŞDI
FALABAXMA – 23 may
Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
Azərbaycan neftinin bir bareli 80 dollara çatır
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
“Korrupsioner məmurlara ömürlük həbs verilsin”
Qızıl bahalaşıb
Azərbaycan niyə toyuq əti ixracatına başlamır?
"Qusqa"-nın “satdığı” AXCP üzvü azadlıqda…
İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı
Müxalifətçi 30 sutkalıq həbs cəzası aldı
Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev
Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi yaradılır
Bakıda iki nəfərin öldüyü dəhşətli partlayışdan - Videolar
Şamaxıdakı qəzalı körpü yenidən tikilir – VİDEO
ABŞ ordusu Suriyadan çıxacaqmı? - Açıqlama
Anna Netrebko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib
Milli Məclis növbədənkənar toplanacaq
Elmar Vəliyevdən "CÜMHURİYYƏT İLİ" SABOTAJI
Müharibə başladı: 10-dan çox ölü var
Düşmən təyyarələri Füzuli üzərindən uçdu
Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09820] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00763] calend [0.00041] topnewsend [0.00243] rsssend [0.00000] ehgend [0.00499] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08151]