"Zirə" Rumıniya klubuna qalib gəlib

  • 16 yan 2020, 21:21

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" futbol komandası ikinci yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv Rumıniya təmsilçisi "Sepsi" ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. Qəsəbə təmsilçisinin heyətində hər iki qolu Riçard Qadze vurub.

Qeyd edək ki, "Zirə" Antalyada keçirdiyi ilk yoxlama matçında Türkiyənin "Ümraniyespor" klubuna 0:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər