UEFA Ronaldoya görə sxemi dəyişdi

  • 16 yan 2020, 13:49

UEFA "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu 2019-cu ilin rəmzi komandasına daxil etmək üçün taktiki sxemini dəyişib.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Lionel Messi ("Barselona"), Robert Levandovski ("Bavariya") və Sadio Manedən ("Liverpul") geridə qalıb. UEFA Ronaldonu ən yaxşı 11-liyə daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib. Qurum 4-3-3 sxemindən istifadə edirdi.

Ehtimal olunur ki, "Çelsi"nin futbolçusu N'Qolo Kante məhz bu səbəbdən heyətə daxil edilməyib.

Qeyd edək ki, ilin rəmzi komandası dünən açıqlanıb.

Oxşar xəbərlər