Azərbaycan kubokunda “Neftçi” uduzub, “Qarabağ” qalib gəlib

  • 16 dek 2019, 22:51

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki matç baş tutub.

"Neftçi” öz meydanında "Sumqayıt”la qarşılaşıb. Matçın ilk 45 dəqiqəsi qolsuz başa çatıb.

Fasilədən sonra hesabı açan qonaqlar üstünlüyünü sonadək qoruya bilib. Görüşün sonlarında böyük qüvvə ilə irəli atılan meydan sahibləri "Sumqayıt”ın müdafiə xəttini yara bilməyib.

Günə "Qarabağ”la "Keşlə” arasında matçla yekun vurulub. Bu oyunda da ilk yarı qolsuz başa çatıb.

Meydan sahibləri ikinci hissəyə erkən qolla başlayıb. Ağdam təmsilçisi üstünlüyünü matçın sonunadək qoruyaraq qələbə qazanıb.

Qeyd edək ki, dünən "Qəbələ” "Sabah”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb, "Zirə” səfərdə "Səbail”lə qolsuz heç-heçəyə imza atıb. Cavab görüşləri dekabrın 19-20-də baş tutacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
16 dekabr (bazar ertəsi)

"Qarabağ” – "Keşlə” - 1:0
Qol: 
İbrahimli, 53
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
"Qarabağ”: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

"Neftçi” – "Sumqayıt” - 0:1
Qol: 
Sadıxov, 48
"Neftçi”: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Qerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli
Baş məşqçi: Roberto Bordin
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
"Bakcell Arena”, 18:00

Oxşar xəbərlər