AFFA daha iki futbolçunu İspaniyaya göndərir

  • 25 noy 2019, 20:31

"Qəbələ”nin üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev yenidən İspaniyanın "Malaqa" klubunun düşərgəsinə yollanacaqlar.

Apasport.az saytının məlumatına görə, yayda AFFA-nın dəstəyi ilə İspaniya klubunun bazasında 1 ay hazırlıq keçən gənc futbolçular özlərini yaxşı tərəfdən göstərə biliblər.

"Malaqa” Futbol Klubunun Akademiyası AFFA-ya müraciət edib, müsbət cavab aldığından futbolçular üçün uzunmüddətli viza göndəriblər. Klub Əsədovla Baxşəliyevin təhsil və digər texniki məsələlərini də boynuna götürüb. U-17-nin üzvləri yanvarın 10-da İspaniyaya yollanacaqlar və bu dəfə daha çox - 6 ay, başqa sözlə, iyula kimi "Malaqa" Futbol Akademiyasında qalacaqlar.

Qeyd edək ki, milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-dək azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

Oxşar xəbərlər