“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi

  • 09 okt 2019, 16:48

"Milan"a yeni baş məşqçi təyin edilib.

Bu haqda Qol.az klubun saytına istinadən məlumat yayıb. Bu vəzifə 53 yaşlı Stefano Pioliyə tapşırılıb. Onunla bu gün 2 illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcının illik qazancı 1 milyon avro olacaq.

Qeyd edək ki, Pioli daha öncə "İnter", "Latsio" və "Fiorentina"da da işləyib. O, bu vəzifədə Marko Campaolonu əvəz edib.

Oxşar xəbərlər