Demokratik TV
Xəbər lenti
"Qarabağ"ın oyununda təxribatçı erməni gör kimiymiş?
- 05 okt 2019, 14:49
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb.
sportal.az-ın araşdırmasına görə, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin Spartak ləqəbi ilə tanınan başçısı bu hadisəni reallaşdırıb.
Spartakın əsl adı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır.
Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.
Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.
O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma "Dağlıq Qarabağın" bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu.
Təxribata görə, onun "Arsenal"ın stadionuna girişi ömürlük qadağandır.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
“Qarabağ” Bakıda “Arsenal”la qarşılaşacaq
“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq
“Qarabağ”ın rəqiblərindən qələbə
Rövnəq Abdullayev də "Arsenal"la görüşdən danışdı
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
"Qarabağ" çexiyalı qapıçı ilə maraqlanır
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Ronaldo daha bir rekorda imza atdı
“Qarabağ” ÇL ilə vidalaşdı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti