İki güləşçimiz dünya çempionatının finalında

  • 21 sen 2019, 23:21

Sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) slovakiyalı Taymuraz Salkazanova qalib gələrək dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə təmsilçimizin rəqibi ABŞ idmançısı Kayl Deyk olacaq.

Demokratik.Az Azərbaycan Güləş Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, olimpiya çempionumuz Şərif Şərifov (97 kq) da finala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda ABŞ təmsilçisi Karl Sneyderi məğlub edərək həlledici görüşə yüksəlib. Dünya çempionluğu uğrunda görüşdə Ş.Şərifov rusiyalı Abdulraşid Sadulaev ilə üz-üzə gələcək.

Final görüşləri sentyabrın 22-də keçiriləcək.

Oxşar xəbərlər