Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib

  • 10 sen 2019, 11:26

Almaniyalı "Formula 1” pilotu Mixael Şumaxer müalicə aldığı İsveçrədən Parisə aparılıb.

APA xəbər verir ki, bu barədə "BFM” telekanalı məlumat yayıb.

Bildirilir ki, Şumaxer Parisin cənub kənarında yerləşən Jorja Pompidou adına xəstəxanaya yerləşdirilib. Əfsanəfi idmançının müalicəsi professor Filipp Menaşe tərəfindən aparılır.

Xatırladaq ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yığılaraq ağır yaralanıb. Nəticədə yarışçı beyninin hər iki yarımkürəsinin zədələləri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxer Cenevrə gölünün sahilində yerləşən İsveçrə villasında səhhətini bərpa etməyə çalışır.

Oxşar xəbərlər