Nikola Yurçeviç: “Razıyam, rəqib favoritdir”

  • 06 sen 2019, 01:46
"Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin sabah Uelslə səfərdə keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. N.Yurçeviç qarşıdakı matç barədə fikirlərini açıqlayıb: "Buna baxmayaraq, keyfiyyətli məşqlər keçdik, təhlillər apardıq. Uels güclü rəqibdir. Futbolçularının əksəriyyəti İngiltərə Premyer Liqasında və Çempionşipdə çıxış edir. Heyətində Qaret Beyl kimi ulduz futbolçu var. Razıyam, rəqib favoritdir, amma bizim də gözləntilərimiz var, şansımızın olduğuna inanırıq. Xorvatiya millisinə qarşı oyunu nümunə göstərə bilərəm. Uğurlu oyun modeli idi”.

Baş məşqçi sabahkı qarşılaşmada necə oynamaq lazım gəldiyini də vurğulayıb: "Uelsə qarşı da kompakt oynamalı, meydanda aqressiv olmalıyıq. Təəssüf ki, zədəli futbolçularımız var. Eddi İsrafilov, Bədavi Hüseynov, Rahil Məmmədov bu görüşdə bizə kömək edə bilməyəcəklər”.

Oxşar xəbərlər