Bakı-2019: Azərbaycan yığması paraddan keçib

  • 21 iyul 2019, 21:59

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi davam edir.

APA-nın məlumatına görə, saat 20:00-da start götürən mərasimdə idmançıların paradı da başa çatıb.

Azərbaycan millisi yarışın ev sahibi kimi paraddan sonuncu keçib. Bayrağımızı 15 yaşlı cüdoçumuz Vüqar Talıbov daşıyıb. Onu yığmamızın digər idmançıları və rəsmi şəxslər müşayiət ediblər.

"Crystal Hall”da təşkil olunan açılış mərasiminin paradında Olimpiya ənənəsinə uyğun şəkildə Yunanıstan təmsilçiləri birinci keçiblər. Sonra isə digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Qeyd edək ki, Bakı-2019 iyulun 27-də başa çatacaq.

Oxşar xəbərlər