Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

  • 17 iyun 2019, 12:38

Azərbaycanlı futbol hakimi Namiq Hüseynov UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində keçiriləcək "Bavaria" - "Ligue de Normandie" matçında yan xətt hakimi olacaq. Qarşılaşmanı israilli Eytan Şemeuleviç idarə edəcək.

Qeyd edək ki, A qrupundav keçiriləcək qarşılaşma iyunun 18-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər