“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib

  • 16 iyun 2019, 19:58

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "OİK-Xabarovsk” klubu ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu komandasının şimallılarla matçı iyunun 20-də keçiriləcək.

Öncədən görüşün iyunun 19-da baş tutması planlaşdırılmışdı. Rusiya çempionatının gücünə görə 2-ci dəstəsi sayılan Milli Futbol Liqasında çıxış edən Xabarovsk təmsilçisi ilə qarşılaşmanın yeri də dəqiqləşib. Qarşılaşma "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında keçiriləcək.
Qeyd edək ki, qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də baş tutacaq ikinci sınaq matçındakı rəqibin kimliyi isə hələ dəqiqləşməyib.

Oxşar xəbərlər