Final oyununda meydana qaçan gözəlçənin sahibi erməni çıxdı

  • 02 iyun 2019, 22:45

1 iyunda, Madriddə Çempionlar Liqasının final oyunu zamanı çimərlik geyimində meydançaya çıxan gözəlçə barədə yeni məlumatlar yayılıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, "Liverpul”-"Totenxem” qarşılaşması zamanı üst geyimini soyunub meydanın mərkəzinə qaçan qadın amerikalı milyonçu "Din Bilzeryanın qızları”ndan biridir. Model kimi fəaliyyət göstərən Kinsi Volanski artıq Instagram-da ulduza çevrilib. Belə ki, qısa müddətdə onun Instagram izləyicilərinin sayı 430 mindən 1,4 milyona çatıb. Erməni mediası yazır ki, modelyer qadın azarkeş üst geyimini soyunub meydançanın mərkəzinədək qaçıb, lakin mühafizə xidmətinin işə qarışması səbəbindən tam soyunmağa imkan tapmayıb.

Məlumatlarda o da bildirilir ki, meydançaya çıxan azarkeş gözəlçə "Vitaly uncensored” yazılmış çimərlik geyimində olub. Hansı ki, bu qrupun üzvləri soyunmaqla adamları əyləndirir. Eyni zamanda "Bilzeryanın qızları” qrupuna daxil olan Volanski erməni milyonçunun məhsullarını reklam etdirir.

 

Kinsi Volanskinin sahibinə gəldikdə, onu Azərbaycanda tanıyanlar az deyil. ABŞ-da yaşayan 38 yaşlı erməni mənşəli milyonçu Din Bilzeryan 2018-ci ilin avqustunda Ermənistan vətəndaşlığını alıb. O, poker oyunçusu və aktyordur. Bilzeryan 2018-ci ildə Ermənistana səfər edib. Daha sonra isə qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gəlib. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon və onun arvadı ilə birlikdə Qarabağa gələn erməni milyonçu orada silahdan istifadə edərək, atəş açmışdı və bununla bağlı fotolar paylaşmışdı. Bu qanunsuzluqlar səbəbindən rəsmi Bakı onun adını "qara siyahı”ya salıb, həmçinin barəsində cinayət işi qaldırılıb, İnterpola verilib.

 

P.S.Bakıdakı final oyununda Mxitaryan şousunu işə salan ermənilər Madriddə də "varlıqlarını” göstərməyə çalışdılar. Erməni mətbuatı isə fəxrlə bu faktı tirajlamaqdadır…

Oxşar xəbərlər