İquain "Yuventus"a qayıdır

  • 17 may 2019, 09:30
Qonsalo İquain mövsümün sonunda "Çelsi"dən "Yuventus"a qayıdacaq.
"Daily Mail"in məlumatına görə, FIFA-nın transfer qadağasına baxmayaraq, London klubu argentinalı futbolçunun icarə müddətini uzatmaq və ya onun transfer haqlarını ələ keçirmək niyyətində deyil.
"Çelsi" 15,7 milyon funt qarşılığında icarə müddətini artırmaq və ya 31,6 milyon funt ödəyərək oyunçunu heyətinə qatmaq haqqına sahibdi.
İquain mövsümə icarə əsasında "Milan"da başlasa da, yanvar ayında "Çelsi"yə keçmişdi. O, "zadəganlar"ın forması ilə meydana çıxdığı 21 matçda 5 dəfə rəqib qapılarına yol tapıb.
Qonsalodan fərqli olaraq, Olivye Jirunun komandada qalacağı gözlənilir.
Oxşar xəbərlər