Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:39 - 22.01.2020  
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
Tarix: 17-05-2019, 09:28 | Bölmə: Xəbərlər » İdman

Bu gün Oqtay Abdullayevin sədri olduğu Azərbaycan Futbol Veteranları İttifaqının hesabat konfransı keçiriləcək. Təbii ki, konfransa bir çox veteran futbolçular dəvət olunub. Ancaq bu dəvət heç də bütün veteranlara şamil edilməyib. Ümumiyyətlə veteranların bir çoxu məhz bu İttifaqın fəaliyyətindən narazıdı. O cümlədən Azərbaycanın tanınmış futbolçularından olmuş və hazırda işsiz mütəxəssislər cərgəsində yer alan Vidadi Rzayev. 
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"Onunla əlaqə saxlayıb həm sözügedən İttifaqın hesabat konfransına dəvət alıb-almamasını, həm də karyerası ilə bağlı yenilik olub-olmamasını soruşduq. Sən demə işsizlikdən bezən və diqqətdən kənarda qalan Vidadi bəyin ürəyi dolu imiş. Odur ki, suallarımızı dinləyən mütəxəssis emosional şəkildə ürəyini məhz Sport7.az-a boşaltdı:
"Oqtay Abdullayevin sədrlik etdiyi İttifaqı deyirsiz? Xeyr məni konfransa dəvət etməyiblər. İttifaqın fəaliyyətinə gəlincə, futbolçu karyeramı bitirdikdən sonra arabir görüşlərə dəvət edirdilər, mən də gedib veteranlarla oynayırdım. Razılıq yaxud narazılıq deyəndə, mənə nə "istisi" nə də "soyuğu" var. Qənaətbəxş hesab etmirəm. Orda oturanlar kimlərdi, vallah bilmirəm. Amma axtaran, maraqlanan yoxdu. Son vaxtlar tədbirlərə də dəvət etmirlər. Bir də ki, problem yoxdu. Daha öyrəmişəm belə şeylərə. Məni hər şeylə barışdırıblar. İşlə bağlı müraciət etməmişəm, nə deyə bilərəm ki? Təqaüd almaqla bağlı da bir neçə dəfə müraciət etmişdim, amma xeyri olmadı. Ona görə də başımızı girələməklə məşğuluq. Başqa dəvət də yoxdu. Hansı kluba deyəsən ki, "məni işə götür?" Yenə futbol adamları olsa, gedib ağız açmaq mümkündü. klublarda işlər çox pisdi. Köhnə, sovet dönəmindən qalan futbolçuların hamısını futboldan uzaqlaşdırdılar. Bir neçə nəfərdən başqa, hansı ki, həmişə əlləri yuxarıdadı. Nə danışsalar, "Düz deyirsiz" deyirlər. Başqa heç nə deyə bilmirlər. Heç nəyə narazılıq bildirmirlər. Çünki öz fikirləri yoxdu. Onlara da belə sərf edir. Veteranlar İttifaqı hansı veterana dəstək olur ki? 40-41 yaşım olardı, karyeramı bitirdim. Ondan sonra bir dəfə görmədim ki... Nəysə, inşallah bunların hamısı yoluna qoyulacaq".
Ölkə futbolunun bu hala salınmamalı olduğunu deyən Vidadi bəy emosionallığını da gizlədə bilmədi:"Futbol vu vəziyyətə salınmamalı idi. Keçmişi onsuz da təmiz siliblər. Söhbət təkcə mənim kənarda qalmağımdan getmir. Bunlar futbolu inkişaf etdirmək istəmirlər. Harda tənqid yoxdusa, orda inkişaf da olmayacaq. "Hər şey əladı, superdi" deyənlərə, AFFA oturan bəziləri dəstək verir. Özünüz də bilirsiz kimlərdi. "Filankəs gəlsin, bəhmənkəs gəlsin" deyirlər. Belədisə aldıqları kateqoriyanı cırıb tullasınlar. PRO-nu mən başqa yerdə oxumuşam, başqaları da ayrı ölkədə oxuyub. PRO-nun buynuzu, qulağı var? PRO PRO-du də. Ona da eyni dərs keçirlər, mənə də. Onun da futbolçu praktikası olub, mənim də. Adamı olmaq başqa şeydi, bu öz yerində. Amma bəziləri deyir ki, filan məşqçi kənardan gəlib burada çalışmalıdı. Hansı ki, onu deyən özü PRO kateqoriyasına sahibdi. Belədə özünü təklif edə bilməz ki? Ehtiyac varmı bu vəziyyətdə kimsə kənardan gəlib Azərbaycanda işləsin? PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, işsizdi. Nazim Süleymanovu, Yunis Hüseynovu göstərə bilərəm. O cümlədən, təcrübəlilərdən Vəli Qasımov. SSRİ məktəbini keçənlər çoxdu. Yığmanı nəzərdə tuturam, PRO kateqoriyasına sahib olan məşqçi deyə bilməz ki, "elə mən özüm işləyərəm"? Mən tanıdıqlarımdan biri də deməyib ki, "özüm gəlib işləyərəm yığmada". Hətta eləsi var ki, deyir "biz işləyə bilmədik, başqası gəlsin". İşləyə bilmədinsə PRO-nu cır tulla. Kimə lazımsan? Xaricilərə o boyda xərc çəkib, gətirib burda işlətdiklərinə, o pulu uşaq futboluna xərcləsinlər də. Uşaq tapılmır ey oynatmağa. Bir dənə Mahir Mədətov tapıb çıxarıblar ortaya. Bəs sonra kim var? Barmağınızı qatlayın ki, filankəs gəlib oynayacaq. Gedib Almaniyanın 3-cü liqasından futbolçu gətirirlər. Bəz bizmkilər nə vaxt oynayacaq? İnanın deyiləsi çox sözlər var. Hamısı da deyiləcək. Hələ mənim sizə dediklərim onların 5-10 faizidi. Onsuz da işləmirəm. Yaltaq da deyiləm ki, gedib kiməsə xahiş edəm. Biz futbolçu olmuşuq ee..."

Əvəzedicilərlə Birinci Divizionun birləşdirilməsinə və çempionun Premyer Liqaya yüksəlməməsinə kəskin şəkildə narazılığını bildirən Vidadi bəy, etirazını belə bildirdi: "Hansı stimuldan danışasan? Birinci dəstədə çempion olurlar, ancaq Premyer Liqaya gəlmirlər. Bəs bu uşaq hansı stimulla oynasın? İnkişaf deyirlərsə, niyə "Keşlə"ni saxlayıb, "Kəpəz"i uzaqlaşdırırlar? "Kəpəz" də eyni vəziyyətdəydi, sonuncu yeri tutmuşdu. Lap "Keşlə"ni çıxarsınlar, MOİK gəlsin Premyer Liqaya, axı bu komanda çempion olub. Əvəzedicilər gəlib Birinci Divizionda oynayırsa... Allaha and olsun bunlarınkı futbol deyil. Hansı ölkədə görmüsüz ki, əvəzedicilər əsas komandanı Birinci Divizionda təmsil etsin? Birinci Dəstə müstəqil olmalıdı. Sizə sual verim, 8 komandalı çempionat ləzzət verir? Yaxud, hamımızın ürəyinin yandığı, çox sevdiyi, dünya birinciliyində görmək istədiyimiz Azərbaycan yığması, real yanaşsaq, Avropa çempionatının final mərhələsinə yüksələcək? Özləri də bunu bilir ki çıxmayacaq, amma yenə də Yurçeviçi gətirib işlədirlər. Uşaq futbolunu isə məhv ediblər. Mətbuatdan oxuyuram, Yurçeviç məsələsində yazıblar ki, "1 milyondu qiyməti, 300 min özünə veriblər, 50 mini filankəs götürüb" və sair, bu bitmir daha? Yerlilərə vermirlər, o heç, təpələrinə dəysin. Bəs bu yeyib dağıtmaq qurtarmadı? Bilirsiz mən niyə işsizəm? Çünki heç bir futbolçudan qara qəpik də almamışam. Heç kimə deməmişəm ki, "məni işə götür, qazandıqlarımızın 50 faizini sənə verəcəm, gəl yeyək dağıdaq". Ona görə də mən işləmirəm, amma "yeyənlər"in hamısının işi var. Adamı "yandıran", əsəbiləşdirən də budu. Gəncədə halal işləyirdim, 1500 manat maaş alırdım. Ordan da çıxardılar. Kimsə evinə diplomatla pul aparacaq, mən acından ölməliyəm? Belə futbol, murdarlıq, zibil olur? Futbolu belə idarə edirlər? "Hər şey idealdı, yaxşıdı" deməkdən yorulduq. Oturub fikirləşirsən ki, "Mənə nə vaxt iş verəcəklər?". Tüpürm onların işinə. Aparıb başlarına çaxsınlar o işi".
Azərbaycan futbolunun canlı əfsanələrindən sayılan sabiq futbolçu AFFA-dakı veteranları da tənqid etdi:"Əsəbimdən partlayıram. Heç kimin işləməyinə narazı deyiləm. Amma ən azından... Hələ durub sual da verirlər ki, "İş lazımdı, yoxsa pul?" Mənə iş lazımdı, özümü sübut etmək istəyirəm, artıq 52 yaşım var. Allah qoysa bunların hamısnı deyəcəm. Savadım, onlarınkından heç də zəif deyil. Tüpürüm onların savadlarına. Özümü tərifləmək olmasın, klubda işləmişəm, bunların hamısını bilirəm. Ancaq şans verən yoxdu. Ki bunu da bilərəkdən edirlər. Nazim Süleymanov iki oyun məğlub oldu, birində də heç-heçə etdi, "Sumqayıt"dan çıxartdılar. 7-8 oyunda da Ayxan Abbasov uduzub. Bəs bunlar hara baxır? Yenə deyirəm, heç kimin işləməsinə narazı deyiləm. Çox təəssüf. Amma tələsməyin, onların "oyunlarını" gözlərinə soxacam. Nə ediblərsə, hamısını sübutla alınlarına vuracağam. İndidən sonra işləmək fikrim də yoxdu. Bilərəkdən gətirib sürüyüb, bu günə qoydular. Hələ müsahibə də verirlər ki, "futbol ictimaiyyəti heç nə demirsə, deməli işimizdən razıdılar". Futbol ictimaiyyətinin bir nümayəndəsi mənəm. Onlara deyəcəm, necə olur. Orada oturanlar, hamsı aftafalardı, yaltaq və sümsüklərdi. AFFA-da çalışan veteranlar onların dediyini deməlidi də. Başqa nə danışsınlar? Adını çəkmək istəmirəm, bir məşqçi vardı, dəvət etmişdilər AFFA-ya. O isə cavab vermişdi ki, "mən orda oturub sizin dediklərinizin hamısına əl qaldıra bilmərəm". Yəqinki, yadınızdadı, Şurikin bir filmi vardı, nə soruşurlar cavab verir ki, "ya". Bax AFFA-da oturanlar da elədi. Nə deyirlər, hamısı əllərini qaldırıb təsdiqləyir. Bir nəfər narazılıq etmir ki, "sən filan şeyi düz demirsən". Pul alanlar, "yeyən"lər hamısı işləyir. Amma biz kənarda qalmışıq. Niyə belə olmalıdı. Niyə mən kənddə oturub acından ölməliyəm? Allahın təqaüdün də vermirlər. Heç deyən olmadı ki, "12-15 il "Neftçi"də oynamısan, al bu 80 manatı". Amma "Neftçi"də oynamayanlar təqaüd alırlar".
Səbuhi Nərimanoğlu
Xəbər 1741 dəfə oxunub






Oxşar xəbərlər

İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28324] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00916] calend [0.00055] topnewsend [0.00432] rsssend [0.00000] ehgend [0.00639] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26126]