Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:03 - 17.11.2019  
Formula 1 saytı Azərbaycan Qran Prisindən yazdı
Tarix: 25-04-2019, 12:33 | Bölmə: Xəbərlər » İdman

Formula 1 şirkətinin rəsmi saytında builki Azərbaycan Qran Prisinin favoritləri haqqında geniş məqalə yazılıb.

 

Formula 1 saytı Azərbaycan Qran Prisindən yazdıDemokratik.Az həmin məqaləni təqdim edir: 

Builki Formula 1 SOCAR Azərbaycan Qran Prisinin favoritləri

Bu həftə Formula 1 yüksək sürətli şəhər treki olan Bakı Şəhər Halqasına qayıdır. İndiyədək burada keçirilmiş üç yarış Formula 1 tarixində proqnozlaşdırılması çətin və ən xaotik yarışlardan olub. Buna baxmayaraq biz yenə də builki yarışın nəticələrinə dair bəzi təxminlər edə bilərik...

Bu il poulu kim qazana bilər?

İndiyədək Bakıda 3 dəfə poul qazanılıb və hər dəfəsində buna fərqli pilot yiyələnib. İlk yarışda – 2016-cı ildə Niko Rozberq, 2017-ci ildə Luis Hamilton və 2018-ci ildə Sebastian Fettel sıralanma turunda ən sürətli nəticə göstərərək yarışa ən öndə start verib. 

Bu il Hamilton və ya Fettel buna yiyələnsə bizim üçün sürpriz olmayacaq. Bu arada onu qeyd edim ki, Fettel Bakıda indiyədək keçirilmiş hər üç Qran Pridə qriddə yarışa ilk dördlükdən başlamış yeganə pilotdur. Digər tərəfdən, Honda bu həftə Bakıya daxili yanma mühərrikində bəzi dəyişikliklərlə gəlir və bu da Maks Ferstappenin ilk poul arzusuna çatmasına köməklik göstərəcək.

Mercedesin digər pilotu Valteri Bottas cari mövsümün ən sonuncu yarışı olan Çin Qran Prisində poula yiyələndi və bu baxımdan Bakıya yüksək əhval-ruhiyyədə gəlir. Valteri Bottas Mercedes komandasının sürücüsü kimi Bakıda mübarizə apardığı hər iki Qran Pridə yarışa ilk 3-də start verib. Finlandiyalı sürücü bu həftə karyerasının 2-ci poulunu əldə edə biləcəkmi?

Qələbə üçün kimin şansı çoxdur?

Bakıda üç yarış və hər yarışda da fərqli qalib...  və onlardan sadəcə biri bu bazar keçiriləcək yarışın favoritlərindən sayılır. Qaliblərdən Rozberq 2016-cı ildə Avropa Qran Prisində qələbə qazandıqdan sonra həmin mövsümün sonunda karyerasına son verdi. Buna görə onu bu siyahıdan çıxarda bilərik. 2017-ci ildəki Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo yarışa 10-cu yerdə başlamışdı və hazırda Renault komandasında bunu təkrarlaması imkansız görünür. Ötən ilki yarışın qalibi Luis Hamilton ondan əvvəlki iki yarışda 5-ci yerdən daha yaxşı nəticədə yarışı başa vura bilməmişdi.

Bizim tövsiyəmiz odur ki, bu həftəsonu Valteri Bottas və  Şarl Lekleri xüsusi diqqətlə izləyin. Lekler Bakıda yaxşı forumdadır. Xatırlayın, 2017-ci ildəki Formula 2 yarışından bir neçə gün əvvəl atasının ölümünün verdiyi dərin hüznə baxmayaraq qələbə qazanmışdı. Ötən ilki Azərbaycan Qran Prisində isə o, Formula 1-dəki ilk çıxışında Sauber pilotu olaraq yarışı 6-cı yerdə başa vurmuşdu. Ferrarinin düzlüklərdəki yüksək sürəti və döngələrdəki inkişaf etmiş performansı Lekleri bu həftənin favoritlərindən biri edir.

Hamiltonun ötən il Bakıda keçirilən Qran Pridə yarışın sonlarına doğru Bottasın yaşadığı təkərin deşilməsi problemindən sonra qələbəyə yiyələnə bilmişdi. Keçən ilki yarışı Bottas 1-ci yerdə bitirsəydi, həmin mövsümün ilk qələbəsinə yiyələnəcəkdi. Deməli bu il Bottas Bakıya daha böyük qələbə arzusu ilə gəlir.

Red Bulla gəlincə, ötən il bu komandanın pilotları Daniel Rikkardo və Maks Ferstappen ən uzun sürətlənmə düzlüyünün sonunda döngəyə yaxınlaşarkən toqquşdular və hər ikisi yarışı başa vura bilmədi. Bu hadisədə komanda hər iki pilotu oxşar dərəcədə günahkar saydı. Bu həftə Bakıda baş tutacaq Formula 1 yarışı Red Bullun bu mövsümdə indiyədək qələbə qazana bilmək şansı ən yüksək olan Qran Pri yarışıdır.

Podiuma ən yaxın kimdir?

Serxiyo Perez. Əslində o, podiumdan çox az kənarda qalır. Bakıda indiyədək keçirilmiş 3 yarışda meksikalı pilot iki dəfə (2016 və 2018) podiuma çıxıb və bu göstərici ilə o, Bakıdakı yarışlarda ən çox podium qazanmış Formula 1 pilotudur. Perezin Racing Point-dəki  yeni komanda yoldaşı Lens Strol da 2017-ci ildə Bakıda podiuma çıxa bilib. Onlar komandada bir-biri ilə çox yaxşı anlaşırlar və bu onların 2019-cu ildə podium naminə əməkdaşlığına uğurlu təsir göstərəcək.

Digər komandalar da əlbəttə həvəsləndirilməlidirlər. Ona görə ki, Bakıda keçirilmiş ilk yarış – 2016 Formula 1 Avropa Qran Pirisindən bu yana baş tutmuş 58 yarışın sadəcə üçündə Ferrari, Red Bull və  Mercedes xaricindəki komandaların pilotları podiuma çıxa bilib və məhz bunlar da sırf Bakıda reallaşıb.

Bundan daha maraqlısı odur ki, indiyədək podiuma çıxmış 9 pilotdan beşi yarışa ilk 5-likdən arxada start verib. Builki dəyişikliklərin DRS-ə olan güclü təsiri pilotlara Neftçilər prospektindəki 2,2 km-lik sürətlənmə düzlüyündən daha yaxşı yararlanmağa köməklik göstərəcək. Nəticədə builki Azərbaycan Qran Prisi orta səviyyədə olan komandalar üçün də podiuma çıxmaq imkanı yaradır.  

Bu arada onu qeyd edim ki, Bakı Şəhər Halqası son iki mövsüm ərzində ötmələr baxımından Formula 1 təqvimində yer alan treklər arasında ən yüksək göstəriciyə sahibdir. Bu göstərici 2017-ci ildə 42 və 2018-ci ildə 50 təşkil edib. 2016-cı ildəki ilk yarışda mövsümün ən çox ötmələrə şahidlik etdiyi trek olmasa da 62 ötmə ilə həmin mövsümün qabaqcıllarından olub.

Kimlər yarışdan xal qopara biləcək?

Adətən bu məqamda Niko Hulkenberq yada düşür, lakin bu dəfə istisna təşkil edə bilər. Azərbaycandakı son iki yarışda almaniyalı pilot bolidini iki dəfə divara vurub. Hər dəfəsində də bu, onun yarışı 5-ci sırada başa vurması ilə nəticələnib. Bu baxımdan Nikodan yana mərcə girməyə dəyər. 

Nikonun komanda yoldaşı Daniel Rikkardo Bakıda ötən il keçirilmiş Qran Prinin qalibidir və o, həmin mövsüm ərzində xeyli xal yığa bilmişdi. Bundan başqa, Karlos Saynzın da bu həftəsonu xal qazanmaq şansı var. İspaniyalı pilot son iki mövsümdə yarışı ilk 10-luqda başa vura bilib. Onu qeyd edim ki, McLarenin bolidi Bakının uzun sürətlənmə düzlüyündə yaxşı nəticə əldə edə biləcək səviyyədədir.   

Haasa gəldikdə isə, bu komandanın texniki heyəti Azərbaycan Qran Prisinin onlar üçün çətin keçəcəyi qənaətindədirlər. Onlar üçün əsas məsələ hər iki pilotun - Roman Qrojan və Kevin Maqnussenin bolidlərindəki təkər problemlərini tezliklə aradan qaldırmaqdır. Bu baxımdan bazar günü onlar üçün gərgin və uzun keçəcək.

Xəbər 1635 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29867] initstartout [0.00026] initstartin [0.00115] calstart [0.01296] calend [0.00077] topnewsend [0.00616] rsssend [0.00000] ehgend [0.00950] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26691]