Ən yüksək qazanclı basketbolçular onlardır

  • 13 fev 2019, 20:22

NBA-da çıxış edən ən yüksək qazanclı basketbolçuların adları açıqlanıb.

"Report” "Forbes”ə istinadən xəbər verir ki, siyahıya "Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms başçılıq edir.

Onun cari mövsüm üçün nəzərdə tutulan gəliri 88,7 milyon dollardır. Bu məbləğin 53 milyonunu reklam müqavilələrindən əldə olunan vəsait təşkil edir.

İkinci yerdə 79,5 milyon dollarlıq göstərici ilə "Qolden Steyt”in oyunçusu Stefan Karri qərarlaşıb. "Üçlüy”ü onun komanda yoldaşı Kevin Dyurant qapayıb. Onun qazancı 65 milyon dollardır.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın "L'Équipe" nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb.

Oxşar xəbərlər