"Everton" öz meydanında "Lester"a məğlub oldu

  • 02 yan 2019, 11:46

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Everton" komandası "Lester Siti"ni öz meydanında qəbul edib.

Trend-in məlumatına görə, "Qudison Park" stadionunda keçirilən oyun qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 58-ci dəqiqədə Ceymi Vardi vurub.

Oxşar xəbərlər