Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ

  • 08 dek 2018, 15:38
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Demokratik.Az Milli.Az-a istinadən xəbər verir ki, iclasda milli komandasını son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub. Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov baş məşqçi postundan istefa verib.

Qeyd edək ki, Qurban Qurbanov ötən ilin sonunda bu posta təyin olunmuşdu.
Oxşar xəbərlər