"Ölüm qrupuna düşməmişik" – Ramil Şeydayev

  • 03 dek 2018, 19:48

"Yaxşı qrupa düşmüşük. Səviyyəli komandalarla oynayacağıq. Bacardığımız qədər yaxşı çıxış edib, çoxlu xal toplamalıyıq".

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın üzvü Ramil Şeydayev deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsinə münasibət bildirən "Krılya Sovetov”un hücumçusu qrupdakı şanslarımızı dəyərləndirib.

"Deməzdim ki, bu, "ölüm qrupu”dur. Yaxşı nəticəyə ümid etmək olar. Ən əsası inanmaqdır. Hər kəsin öz fikri var. Kimsə fikirləşirsə ki, bizdə hər şey əla alınacaq, bu normaldır. Eyni zamanda əksini düşünənləri də anlayıram. Qrupda birinci, ikinci və üçüncü yerləri tuta bilərik. Hər şey mümkündür”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq.

Oxşar xəbərlər