"Uypeşt" - "Neftçi" oyununda insident baş verib

  • 22 noy 2018, 22:12

Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt" və "Neftçi" komandaları arasında keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə inident baş verib.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55-ci dəqiqədə yerli futbolçu Donat Joter qaydanı pozduqdan sonra yerə yıxılaraq, topu vermək istəməyib. "Neftçi"nin futbolçuları topu ondan almaq istəsələr də, Joter müqavimət göstərib. Olaya digər futbolçuların müdaxilə etməsi ilə meydanda tərəflər arasında toqquşma baş verib.

Yunanıstanlı baş hakim Yannis Papadopulos ara sakitləşdikdən sonra "Neftçi"dən Slavko Braliç, "Uypeşt"dən isə Donat Joterə sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda meydan sahibləri öndədir - 3:1.

Oxşar xəbərlər